“Qələbə qazanmaq hər zaman xoşdu. Bu gün komanda şəklində yaxşı oyun nümayiş etdirdik. Qarşımızdakın rəqibə baxmayaraq, hər oyuna ciddi hazırlaşırıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Keşlə”nin futbolçusu Vaqif Cavadov Topaz Premyer liqasının 27-ci turunda doğma meydanda “Qarabağ”ı məğlub etdikləri matçdan(3:0) sonra jurnalistlərə açıqlamasında deyib.
“Qarabağ”ın güclü rəqib olduğunu deyən təcrübəli hücumçu yenidən milli komandaya çağırılması ehtimalı haqda da danışıb: “Qarabağ”la matçlarda Qurban Qurbanova bəziləri özünü sübut etdirmək istəyir. Biz hər oyuna həvəslə çıxırıq. “Qarabağ” mövsümün çempionudur və güclü rəqibdir. Bunu bilərək matça hazırlaşmışdıq. Oyundan-oyuna komandamız öz gücünü daha da artırmağa çalışır. Heç kimə özümü sübut etmək istəmirəm. Öz oyunumu oynayıram. Milli komandada canla-başla çıxış etməyə hazıram. Təbii ki, əsas qərar Baş məşqçi Qurban Qurbanovundu ”.
Evdə 100-cü qol
Son 21 mövsümdə ilk dəfə
“Bu, bəlkə də, məsuliyyətsizlikdir” - Qurban Qurbanov
"Qarabağ"a qarşı oyunumuz növbəti matçlar üçün stimuldur"
"Qarabağ"ın qələbəsindən - Video
Azərbaycan millisi Gürcüstana məğlub oldu
Tovuzda vurulan 3 qol - Video
Emreli oynadı, komandası uduzdu
Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu
Millimizin üzvü Kosovada het-trik etdi
Messinin rekorduna şərik oldu