Əmrə Can "Yuventus"a nə vaxt keçir?

Əmrə Can "Yuventus"a nə vaxt keçir?
XƏBƏR 12 May 2018 / 16:15 2342
-  A +

“Liverpul”un futbolçusu Əmrə Can yaxın vaxtlarda “Yuventus”un üzvü olacaq.

Qol.az-ın “Corriere dello Sport”a istinadən yaydığı xəbərə görə, Almaniya millisinin üzvü  Çempionlar Liqasının finalında keçiriləcək "Liverpul" - "Real" oyunundan  (27 may) sonra Turin klubu ilə müqavilə imzalayacaq.

Türk əsilli müdafiəçi “Yuventus”a azad agent statusu ilə keçir.

Qeyd edək ki, daha əvvəl Əmrə Canın “qoca sinyora” ilə 5 illik müqavilə imzlayacağı və ilinə 6 milyon avro qazanacağı haqda xəbərlər yayılıb.

Son xəbərlər
topaz banner