"Bavariya" "Barselona"nın qapıçısını istəyir

"Bavariya" "Barselona"nın qapıçısını istəyir
XƏBƏR 12 May 2018 / 13:14 3060
-  A +

“Barselona”nın qapıçısı Yasper Sillessen karyerasını Almaniyada davam etdirə bilər.

Qol.az-ın “AS” nəşrinə istinadən yaydığı xəbərə görə, hollandiyalı qolkiperlə “Bavariya” yaxından maraqlanır. Münhen klubu 29 yaşlı qapıçıya komandanın kapitanı Manuel Noyerin əvəzedicisi kimi baxır.

Qeyd edək ki, 2021-ci ilə kimi “Barselona” ilə müqaviləsi olan Sillessenin təzminat qiyməti 60 milyon avrodur.

Son xəbərlər
topaz banner