“Milan”ın yarımmüdafiəçisi Cakomo Bonaventura mövsümün sonunda klubunu dəyişə bilər.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 28 yaşlı futbolçunun xidmətində “Yuventus” maraqlıdır. Hətta Turin klubunun idman direktoru Fabio Paratiçi bu həftə Bonaventuranın meneceri Mino Rayola ilə görüşüb. İddiaya görə, İtaliya millisinin üzvü də “qoca sinyora”nın formasını geyinməyə razıdır.
Elə “Milan” özü də universal yarımmüdafiəçini satmağın əleyhinə deyil. “Qırmızı-qaralar”ın futbolçusuna görə 25-30 milyon avro tələb etdiyi bildirilir.
Qeyd edək ki, “Yuventus”dan başqa, “Roma”, “Arsenal” və Dortmund “Borussiya”sı da Bonaventura ilə maraqlanır.
Evdə 100-cü qol
Son 21 mövsümdə ilk dəfə
“Bu, bəlkə də, məsuliyyətsizlikdir” - Qurban Qurbanov
"Qarabağ"a qarşı oyunumuz növbəti matçlar üçün stimuldur"
"Qarabağ"ın qələbəsindən - Video
Azərbaycan millisi Gürcüstana məğlub oldu
Tovuzda vurulan 3 qol - Video
Emreli oynadı, komandası uduzdu
Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu
Millimizin üzvü Kosovada het-trik etdi
Messinin rekorduna şərik oldu
Koxalski son dəfə Respublika Stadionunda - Video