Araz “Anortosis”dən ayrılıb, “Neftçi”yə keçir?

Araz “Anortosis”dən ayrılıb, “Neftçi”yə keçir?
XƏBƏR 11 May 2018 / 16:43 4480
-  A +

Millimizin üzvü Araz Abdullayev mövsümün sonunda “Anortosis”dən ayrılacaq.

Qol.az-ın məlumatına görə, bu barədə “goal.philenews.com” saytı xəbər yayıb. Məlumatda bildirilir ki, Kipr klubu azərbaycanlı futbolçunu bir dəfəlik transfer etmək fikrindən daşınıb.

Buna səbəb isə müqavilədə göstərilən 150 min avroluq təzminat qiymətidir. Məbləği yüksək hesab edən “Anortosis” rəhbərliyi artıq başqa variantları nəzərdən keçirir.

Kipr mətbuatı Arazın yeni klubunun adını da açıqlayıb. İddiaya görə, yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu “Qəbələ”yə qayıtmayacaq. Abdullayevin sabiq klubu “Neftçi”yə keçəcəyi bildirilib.

Qeyd edək ki, Araz 2008-2010 və 2012-2016-cı illərdə “Neftçi”də çıxış edib.

Son xəbərlər
topaz banner