Salah “Liverpul”da qalacaq – özü açıqladı

Salah “Liverpul”da qalacaq –  özü açıqladı
XƏBƏR 11 May 2018 / 14:20 4247
-  A +

“Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, adı “Real”la hallanan misirli futbolçu hazırkı komandasında qalacağını açıqlayıb. Özünü “Liverpul”da xoşbəxt hiss edən 25 yaşlı oyunçu ingilis klubu ilə yeni uğurlar qazanmaq istədiyini söyləyib:

“Liverpul”da hər şey məni qane edir, burada özümü xoşbəxt hiss edirəm.  Bu komanda ilə birlikdə gələcəkdə yeni hədəflərim var. Mükəmməl bir mövsüm keçiririk. Çempionlar Liqasının finalındayıq. Hamımız çox həyəcanlıyıq”.

Qeyd edək ki, Salah mövsümün əvvəlində “Roma”dan “Liverpul”a keçmişdi.

Son xəbərlər
topaz banner