"Zirə"nin stadionunun ot örtüyü təbii olacaq

"Zirə"nin stadionunun ot örtüyü təbii olacaq
XƏBƏR 11 May 2018 / 12:50 2051
-  A +

Zirə İdman Kompleksinin stadionunun süni örtüyü dəyişdiriləcək.

Qol.az-ın xəbərinə görə, bunu AFFA İcraiyyə Komitəsinin iclasından sonra qurumun baş katibi Elxan Məmmədov açıqlayıb.

O, "Zirə"nin ev oyunlarını keçirdiyi meydançaya təbii ot örtüyünün salınacağını bildirib. AFFA-nın vəsaiti hesabına görüləcək işlər iyulda başlayacaq.

E.Məmmədov "Zirə"nin stadionundakı işlər tamamlandıqdan sonra "Keşlə"nin ev oyunlarını keçirdiyi "İnter Arena"nın meydançasına təbii ot örütüyünün salınacağını bildirib.

Qarabağ FK
Son xəbərlər
topaz banner