"Başakşəhər”in prezidenti Göksel Gümüşdağ komandanın yarımmüdafiəçisi Arda Turana verilən 16 oyunluq cəzaya münasibət bildirib.
Qol.az-ın "Hürriyet"ə istinadən yaydığı xəbərə görə, klub rəhbəri cəzanın çox ağır olduğunu deyib. O, bununa yanaşı, Ardanın klub tərəfindən də cəzalanacağını açıqlayıb:
"Ardanın hakimə qarşı etdiyi hərəkəti klub prezidenti olaraq qəbul edə bilmirəm. Klub rəhbəri kimi mən də Ardaya cəza verəcəm. Amma verilən cəzalarla bağlı ikili standartların olduğunu görürük. Fərqli insanlarla bağlı fərqli qərarlar çıxarırlar. Bu qərarı heç bir şəkildə qəbul eetməyəcəyik. Qərardan şikayət verəcəyik və cəzaya etirazımızı bildirəcəyik. Engin Baytar, Cüneyt Çakırın boğazını tutub sıxdı, 8-9 matç cəza aldı.
Amma Mossoro 2-ci "sarı”dan sonra qırmızı vərəqə alıb, 1 oyunluq cəza almalı olduğu halda, 5 matçlıq cəzaya layiq görülür. Mossoro onsuz da türkçə bilmir, söyüş söyə bilməz. Ardaya da 6-8 matçlıq cəza verilməsi lazım idi. Söyüş də, "sizi öldürmək lazım” demək də eyni şeydi, qəbul edilməzdir. Bu üzdən də hər iki səhvin cəzası 6-8 oyunluq cəza olmalı idi”.
Qeyd edək ki, 31 yaşlı futbolçu yan xətt hakiminə hücuma görə 10, baş hakimi təhqir və ölümlə təhdid etdiyinə görə isə 6 oyun cəza alıb.
Evdə 100-cü qol
Son 21 mövsümdə ilk dəfə
“Bu, bəlkə də, məsuliyyətsizlikdir” - Qurban Qurbanov
"Qarabağ"a qarşı oyunumuz növbəti matçlar üçün stimuldur"
"Qarabağ"ın qələbəsindən - Video
Azərbaycan millisi Gürcüstana məğlub oldu
Tovuzda vurulan 3 qol - Video
Emreli oynadı, komandası uduzdu
Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu
Millimizin üzvü Kosovada het-trik etdi