“Neymarı satmaq axmaqlıq olar” – PSJ-dən açıqlama

“Neymarı satmaq axmaqlıq olar” –  PSJ-dən açıqlama
XƏBƏR 11 May 2018 / 11:35 2957
-  A +

PSJ futbolçusu Neymarın mövsümün sonunda “Real”a transfer olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın “Marca” nəşrinə istinadən yaydığı xəbərə görə, Paris klubundan verilən açıqlamada braziliyalı ulduzun satılmayacağı qeyd olunub:

“Neymarla yollarımızı ayırmağı düşünmürük. Söz-söhbəti ortaya atanlar keçiddən pul qazanmaq istəyənlərdir. Neymara hər hansı qiymət qoymamışıq. Çünki o satılmayacaq. Neymarı satmaq axmaqlıq olar. Onun hansısa başqa kluba transfer olmaq şansları sıfıra bərabərdir”.

Qeyd edək ki, Neymar mövsümün əvvəlində 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə keçib.

Son xəbərlər
topaz banner