“Valensiya” Zazanı satır

“Valensiya” Zazanı satır
XƏBƏR 10 May 2018 / 21:10 3031
-  A +

“Valensiya” hücumçusu Simone Zaza ilə yolları  ayırmağa hazırlaşır.

Qol.az-ın “Mundo Deportivo”ya istinadən yaydığı xəbərə görə, İspaniya klubunun çalışdırıcısı Marselino komandanın digər hücumçuları Rodriqo və Santi Minuya daha çox güvənir.

Yayda 27 yaşlı hücumçunun satılacağı iddia olunur.

Qeyd edək ki, bu mövsüm “Valensiya”nın heyətində 37 oyuna çıxan İtaliya millisinin üzvü 12 qol vurub.

Son xəbərlər
topaz banner