Andrea Pirlo İtaliya millisinin baş məşqçisi olacağı gözlənilən "Zenit"in çalışdırıcısı Roberto Mançinin köməkçisi olacaq.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, İtaliya Futbol Federasiyasının nümayəndələri dünən sabiq yarımmüdafiəçi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, bundan əvvəl yalnız Antonio Konte və Karlo Ançelottinin İtaliya yığmasının baş məşqçisi olacağı təqdirdə, Pirlonun məşqçi qərargahında yer alacağı iddia olunurdu.
Xatırladaq ki, A. Pirlo futbolçu karyerası ərzində “Breşiya”, “İnter”, “Recina”, “Milan”, “Yuventus” və son olaraq "Nyu-York Siti"nin şərəfini qoruyub. O, İtaliya millisi ilə DÇ-2006-nın qalibi olub. A.Pirlo ötən il futbolçu karyerasını başa vurub.
Evdə 100-cü qol
Son 21 mövsümdə ilk dəfə
“Bu, bəlkə də, məsuliyyətsizlikdir” - Qurban Qurbanov
"Qarabağ"a qarşı oyunumuz növbəti matçlar üçün stimuldur"
"Qarabağ"ın qələbəsindən - Video
Azərbaycan millisi Gürcüstana məğlub oldu
Tovuzda vurulan 3 qol - Video
Emreli oynadı, komandası uduzdu
Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu
Millimizin üzvü Kosovada het-trik etdi