"Barselona"nın futbolçusu Andres İnyesta gələcək karyerası ilə bağlı açıqlama verib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, mövsümün sonu Kataloniya təmsilçisindən ayrılacaq 33 yaşlı yarımmüdafiəçi hansı kluba keçəcəyini hələ bilmədiyini deyib:
“Avropadan başqa istənilən variant mümkündür. Əvvəl Çinə, sonra Yaponiyaya gedəcəyimi yazdılar. İndi Avstraliya haqqında oxumuşam. Qərarım dəqiqləşdikdən sonra sizi məlumatlandıracam. Buradakı oyundan zövq almaq üçün cəmi bir həftə yarım vaxtım var. Mövsüm bitdikdən sonra bütün diqqətimi gələcəyimə yönəldəcəm. Bəzi nüansları həll etmək lazımdır. Ən yaxşı variantı seçməyə çalışacağam” .
Evdə 100-cü qol
Son 21 mövsümdə ilk dəfə
“Bu, bəlkə də, məsuliyyətsizlikdir” - Qurban Qurbanov
"Qarabağ"a qarşı oyunumuz növbəti matçlar üçün stimuldur"
"Qarabağ"ın qələbəsindən - Video
Azərbaycan millisi Gürcüstana məğlub oldu
Tovuzda vurulan 3 qol - Video
Emreli oynadı, komandası uduzdu
Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu
Millimizin üzvü Kosovada het-trik etdi