37 yaşında millidən gedir

37 yaşında millidən gedir
XƏBƏR 9 May 2018 / 22:50 4291
-  A +

İrlandiya millisinin üzvü Con O`Şi yığmadakı karyerasını başa vurmağa hazırlaşır.

Qol.az-ın “BBC”yə istinadən yaydığı xəbərə görə, 37 yaşlı müdafiəçi mövsümün sonunda milli komanda ilə vidalaşacaq. İyunun 2-də Dublində ABŞ-lə keçiriləcək yoldaşlıq oyunu “Mançester Yunayted”in sabiq futbolçusunun yığmadakı sonuncu matçı olacaq.

Qeyd edək ki, hazırda “Sanderlend”in şərəfini qoruyan O`Şi 2001-ci ildən dəvət aldığı İrlandiya millisində 116 oyun keçirib, 3 qol vurub.

Son xəbərlər