Azərbaycanlı hakim İsveçrə - İngiltərə oyununda

Azərbaycanlı hakim İsveçrə - İngiltərə oyununda
XƏBƏR 9 May 2018 / 19:18 2299
-  A +

FİFA referi köməkçisi Rza Məmmədovun 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsindəki növbəti təyinatı məlum olub.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, azərbaycanlı hakim A qrupunun İsveçrə - İngiltərə qarşılaşmasında iş başında olacaq.  O, görüşün baş hakimi Rumıniya Futbol Federasiyasından Fesnik Horatiu Mirceaya köməklik edəcək.

Qeyd edək ki, matç mayın 10-u Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Son xəbərlər