Zidan 6 futbolçuya istirahət verir – “Sevilya” ilə oyunda

Zidan 6 futbolçuya istirahət verir –  “Sevilya” ilə oyunda
XƏBƏR 9 May 2018 / 15:55 4488
-  A +

İspaniya La Liqasının 34-cü turunda bu gecə “Sevilya” ilə qarşılaşacaq “Real”ın oyun üçün iştirak ərizəsi açıqlanıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Zinəddin Zidan 6 əsas futbolçuya istirahət vermək qərarına gəlib.

Bunlar, qapıçı Keylor Navas, müdafiəçilər Rafael Varan və Marselo, yarımmüdafiəçilər Toni Kross və Luka Modriç, hücumçu Kriştiano Ronaldodur. Qaret Beyl isə cəzalı olduğu üçün meydana çıxa bilməyəcək.

Qeyd edək ki,  “Sevilya” – “Real” matçı Bakı vaxtı ilə saat 00:30-da başlayacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner