Daha bir klub Premyer Liqanı tərk etdi

Daha bir klub Premyer Liqanı tərk etdi
XƏBƏR 9 May 2018 / 01:00 5163
-  A +

İngiltərə Premyer Liqasını tərk edən daha bir klubun adı müəyyənləşib.

Qol.az-ın məlumatına görə, bu, “Vest Bromviç”dir.

Premyer Liqanın 31-ci turundan təxirə salınmış “Suonsi” – “Sauthempton” matçı “Vest Bromviç”in taleyini həll edib. Belə ki, qonaqların 1:0 qalib gəlməsi 19-cu pillədə qərarlaşan “Vest Bromviç”in Çempionşipə yuvarlanmasını rəsmiləşdirib. "Sauthempton" isə təhlükli zoandan uzaqlaşaraq 16-cı pilləyə yüksəlib.

Qeyd edək ki, daha əvvəl “Stok Siti”nin Premyer Liqanı tərk etdiyi dəqiqləşmişdi.

Son xəbərlər
topaz banner