Klyuvert “Roma”nın hədəfində

Klyuvert “Roma”nın hədəfində
XƏBƏR 9 May 2018 / 00:35 3393
-  A +

“Ayaksın” hücumçusu Castin Klyuvert karyerasını “Roma”da davam etdirə bilər.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, paytaxt klubu hollandiyalı hücumçunun meneceri Mino Rayola ilə danışıqlara başlayıb.

“Roma”dan başqa, “Milan” və “Yuventus” da 18 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Məşhur veteran hücumçu Patrik Klyuvertin oğlunun transferində ən iddialı  “Roma” hesab olunur.

Qeyd edək ki, gənnc forvard bu mövsüm Eredviziyada 30 oyuna 10 qol vurub, 5 məhsuldar ötürmə edib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner