"Azarkeşlər "get" deməyincə getməyəcəm" - Şenol Günəş

"Azarkeşlər "get" deməyincə getməyəcəm" -  Şenol Günəş
XƏBƏR 8 May 2018 / 14:34 2961
-  A +

“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş komandadan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, 65 yaşlı mütəxəssis İstanbul klubundan getmək fikrində olmadığını deyib:

"Beşiktaş"la bir illik müqaviləm var, amma bu, önəmli deyil. Azarkeşlərimiz "get" demədiyi müddətə kimi klubdayam. Xarakterim, yolum bəllidir".

Qeyd edək ki, 2015-ci ildən “Beşiktaş”ı çalışdıran Şenol Günəş ötən gün “qara qartallar”ın baş məşqçisi kimi komandasını 100-cü oyununa çıxarıb.

Son xəbərlər
topaz banner