Bakı Futbol Liqasının təşkilatçılığı ilə 2017/18 mövsümünü çempion olaraq başa vuran “İdman Azərbaycan” kollektivi 8 may tarixində Rusiyaya yola düşüb.
Qol.az-ın xəbərinə görə, həvəskarlar arasında dünya çempionatında iştirak etmək üçün BFL tərəfindən Moskva şəhərinə göndərilən komanda heyəti 1 həftə ərzində həm “Continental Football League”də iştirak edəcək, həm də yaranan imkandan istifadə edərək ölkə xaricində Azərbaycanda futbola olan sevginin və marağın beynəlxalq arenada təbliğini həyata keçirəcəkdir.
BFL idarəedici heyəti və komanda üzvlərini Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Moskva Domodedovo Hava Limanına çatdıran təyyarə səhər saatlarında havalanıb. Daha sonra Moskvaya ayaq basan təmsilçilər hotelə yerləşdirilib və oyunçuların istirahət etməsi üçün lazımi şərait yaradılıb.
Continental Football League 2018-in püşkatma mərasimi bu gün baş tutacaq. Mərasimdə BFL idarəedici heyətindən Natiq Əlixanov və Murad Qurbanov, “İdman Azərbaycan” komandasının kapitanı Sərxan İbrahimoğlu iştirak edəcəklər. Eyni zamanda bu gün komandanın yoldaşlıq görüşü keçirməsi də nəzərdə tutulub. Turnirdə mübarizənin olduqca güclü olacağını düşünən BFL rəsmiləri komandanın CFL-ə uyğunlaşması üçün bütün imkanlarını səfərbər edirlər. “İdman Azərbaycan” kollektivi də öz növbəsində vətənə uğurlu nəticə ilə dönmək üçün hazırlıqlarını davam etdirir.
Yuxarı
La Liqaya haker hücumu
2-ci liqada son 2 oyun
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular
Paredes müsahibə zamanı huşunu itirdi
Daha iki boksçumuz Avropa çempionatının yarımfinalında
“Real” 4 mövsüm sonra ilk dəfə ardıcıl 9 qələbə qazanıb
Azərbaycan millisinin üzvü "Sampdoriya"da 2-ci qolunu vurdu