Mançini İtaliya millisi ilə razılaşdı

Mançini İtaliya millisi ilə razılaşdı
XƏBƏR 8 May 2018 / 12:44 1762
-  A +

"Zenit"in baş məşqçisi Roberto Mançini İtaliya millisinin sükanı arxasına keçməyə yaxındır.

Qol.az-ın "La Gazzetta dello Sport" nəşrinə istinadən yaydığı xəbərə görə, artıq federasiya ilə mütəxəssis arasında müqavilənin bütün detalları razılaşdırılıb. İndi isə tərəflər Mançini ilə müqaviləsi davam edən "Zenit"in bu təyinata razılıq verməsini gözləyirlər. Rəsmi açıqlamanın mayın 20-nə kimi veriləcəyi bildirilir.

Qeyd edək ki, İtaliya millisini ilə 2 illik müqavilə bağlayacağı gözlənilən Mançininin illik gəliri 2 milyon avro olacaq ki, bu da onun "Zenit"dəki qazancından 2 dəfə azdır.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner