Rəqiblərimizin oyununda Slovakiya sevindi

Rəqiblərimizin oyununda Slovakiya sevindi
XƏBƏR 8 May 2018 / 00:59 1416
-  A +

2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandalar arasında Slovakiyada təşkil olunmuş beynəlxalq turnirdə ilk turun oyunlarına yekun vurulub.

Qol.az xəbər verir ki, Azərbaycan U-19 yığmasının yer aldığı A qrupunda ilk turun ikinci oyununda meydan sahibləri Uelslə qarşılaşıb. Matç Slovakiyanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk turda Macarıstana 0:1 hesabı ilə uduzan Azərbaycan millisi sabah qrupdaki ikinci görüşündə Uelslə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Son xəbərlər
topaz banner