PFL rumıniyalı müğənnini Qəbələyə neçəyə gətirir?

PFL rumıniyalı müğənnini Qəbələyə neçəyə gətirir?
XƏBƏR 7 May 2018 / 17:00 5726
-  A +

Rumıniyalı müğənni Seeyanın Azərbaycan kubokunun final oyunundan əvvəl təşkil olunacaq konsert üçün alacağı təqribi qonorar müəyyənləşib.

Qol.az-ın Rumıniya mətbuatına istinadən yaydığı xəbərə görə, "Papito" mahnısı ilə məhşurlaşan müğənniyə 1 saatlıq konsert proqramı üçün ödəniləcək məbləğin 3 min avrodan (6 min manat) çox olmadığı güman edilir. Çünki Seeya ölkə xaricində çıxış etmək üçün minimum 3 min avro tələb edir.

Qeyd edək ki, kubokun finalında "Keşlə” və "Qəbələ” komandaları qarşılaşacaqlar. Oyun mayın 28-si, saat 20:00-da Qəbələdə keçiriləcək.


Son xəbərlər
topaz banner