Millimiz turnirə məğlubiyyətlə başladı

XƏBƏR 7 May 2018 / 16:45 1695
-  A +

2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandalar arasında Slovakiyada təşkil olunmuş beynəlxalq turnirdə Azərbaycan U-19 yığması ilk oyununu keçirib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Macarıstan komandası ilə qarşılaşan futbolçularımız 0:1 hesabı ilə məğlub olub.

Yığmamız növbəti oyununu mayın 8-də Uels yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.


Son xəbərlər
topaz banner