Morata yenidən "Yuventus"da?

Morata yenidən "Yuventus"da?
XƏBƏR 7 May 2018 / 16:32 3495
-  A +

"Çelsi"nin hücumçusu Alvaro Morata yenidən "Yuventus"da oynaya bilər.

Qol.az-ın "Rai Sport"a istinadən yaydığı xəbərə görə, London klubunda əsas heyətə düşməkdə çətinlik çəkən ispaniyalı forvard Turin təmsilçisi ilə anlaşıb. Tərəflərin şəxsi müqavilə ilə bağlı bütün detallarda razılığa gəldiyi iddia olunur.

Lakin bu keçid "Yuventus"a elə də asan başa gəlməyəcək. Çünki Morataya 80 milyon avro xərcləyən "Çelsi" onu ucuz qiymətə buraxmaq istəmir. Belə olan halda "Yuventus"un qarşı tərəfə 2 illik icarə müqaviləsi təklif edəcəyi gözlənilir.

Qeyd edək ki, Morata 2014-2016-cı illərdə "Yuventus"un formasını geyinib.

Son xəbərlər
topaz banner