Ndlovudan 8-ci qol

Ndlovudan 8-ci qol
XƏBƏR 7 May 2018 / 16:01 3373
-  A +

Qış fasiləsində "Qarabağ"ı Çinin "Xançjou Qrintaun" klubuna dəyişən Dino Ndlovu yerli çempionatda növbəti qolunu vurub.

Qol.az-ın məlumatına görə, Cənubi afrikalı hücumçu birinci liqanın 9-cu turunun "Uxan Çjoer"lə oyununda fərqlənib. 14-cü dəqiqədə penalti zərbəsi ilə hesabı açan forvard bununla da qollarının sayını 8-ə yüksəldib. Qarşılaşma isə 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Ndlovunun çıxış etdiyi "Xançjou Qrintaun" klubu 9 turdan sonra 15 xalla 5-ci pillədə qərarlaşıb.

Son xəbərlər
topaz banner