Federasiya Fatih Terimə təzminat ödəyəcək

Federasiya Fatih Terimə təzminat ödəyəcək
XƏBƏR 7 May 2018 / 15:19 2887
-  A +

“Qalatasaray”ın baş məşqçisi Fatih Terimlə Türkiyə Futbol Federasiyasının (TFF) məhkəməsində yekun qərar verilib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, məhkəmə 65 yaşlı mütəxəssisin TFF-yə qarşı təzminat tələbini təmin edib. Federasiyanın T.Terimə  9 milyon 324 lirə təzminat ödəməsi hökmü çıxarılıb.

Qeyd edək ki, ötən il iyulun 26-da TFF millinin baş məşqçisi olan F.Terimlə müqaviləni birtərəfli ləğv etmişdi. Bundan sonra Terim məhkəməyə müraciət edərək TFF-dən bir illik maaşını – 3.5 milyon avro tələb etmişdi.
 

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner