26-cı turda “Neftçi” ilə qarşılaşan “Qarabağ”ın Topaz Premyer Liqasındakı 3 uğurlu seriyası qırılıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Qurban Qurbanovun komandası həm çempionatda, həm də evdə 17 matçlıq məğlubiyyətsizliyinin qırılmasına üzülüb. Bu seriyaları qıran Tərlan Əhmədovun baş məşqçisi olduğu “Neftçi” isə son illərin çempionu ilə görüşlərdəki qələbəsizlik seriyasına da son qoyub.
Ağdam təmsilçisi bu oyunadək mövsümdə yeganə olan məğlubiyyətlərini 2017-ci il oktyabrın 22-də almışdı. “Qəbələ”yə səfərdəki 0:1 hesablı məğlubiyyətdən 196 gün sonra xalsız qalan Ağdam klubu ardıcıl 17 oyunda uduzmamışdı. Bu matçlarda “Qarabağ” 13 qələbə qazanıb, 4 heç-heçə edib.
Ağdam klubu həm də cari mövsümdə ilk ev məğlubiyyətini alıb. Əvvəlki 13 görüşdə 10 qələbə qazanıb, 3 heç-heçə edən Qurbanovun komandasının ilk uğursuzluğu öz meydanındakı son matça təsadüf edib. Maraqlıdır ki, evdəki məğlubiyyətsizlik də 17 oyun sürüb. Sonuncu dəfə ötən il fevralın 28-də “İnter”ə (indiki “Keşlə”) 0:1 hesabı ilə uduzan “Qarabağ” 432 gündən sonra evdə xalsız qalıb. Bu müddətdə komanda 13 qələbə qazanıb, 4 heç-heçə edib.
“Neftçi” “İnter”dən sonra 2015-ci ildə inşa olunan “Azersun Arena”da qələbə qazanan 2-ci komanda olub. Belə ki, bu stadiona köçəndən sonra “Qarabağ” yalnız bu iki görüşdə uduzub.
“Neftçi”nin “Qarabağ” ilə görüşlərdəki uğursuz seriyası da qırılıb. Tərlan Əhmədovun yetirmələri 9 oyundur yenə bilmədikləri Ağdam təmsilçisini 889 gündən sonra məğlub edib. “Qarabağ” “ağ-qaralar”a sonuncu dəfə 2015-ci il noyabrın 29-da məğlub olmuşdu – 0:1. Bu müddətdə ağdamlılar 7 qələbə qazanıb, 2 heç-heç etmişdi.
La Liqaya haker hücumu
2-ci liqada son 2 oyun
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular
Paredes müsahibə zamanı huşunu itirdi
Daha iki boksçumuz Avropa çempionatının yarımfinalında
“Real” 4 mövsüm sonra ilk dəfə ardıcıl 9 qələbə qazanıb
Azərbaycan millisinin üzvü "Sampdoriya"da 2-ci qolunu vurdu