“Qalatasaray” çempionluğa bir qədər də yaxınlaşdı

“Qalatasaray” çempionluğa bir qədər də yaxınlaşdı
XƏBƏR 7 May 2018 / 00:00 3906
-  A +

Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, lider “Qalatasaray” səfərdə “Akhisar Genclik Spor”un qonağı olub.

Matça fəal başlayan “Cim-Bom” Rodrigesin dublu sayəsində 18-ci dəqiqədə 2:0 hesabı ilə önə keçib. İlk yarıda penaltini qaçıran meydan sahibləri, 50-ci dəqiqədə avtoqolla hesab arasındakı fərqi azaldıblar.

Bu, görüşdə vurulan son qol olub. 2:1 hesabı ilə vacib qələbə qazanan “Qalatasaray”da Qomis 90+2-ci dəqiqədə penaltini qaçırıb.

Qeyd edək ki, sona 2 tur qalmış Fatih Terimin komandası 69 xalla vahid liderdir. “Fənərbaxça” əzəli rəqibindən 3 xal geri qalır. Eyni xala malik “Başakşehir” üçüncü, 1 oyun az keçirmiş “Beşiktaş” isə 62 xalla dördüncüdü.

Son xəbərlər
topaz banner