Topaz Premyer Liqasının 26-cı turunda "Qarabağ” - "Neftçi” matçının əvvəlində meydan sahiblərinin azarkeşləri komandalarına xoş sürpriz ediblər.
Qol.az-ın məlumatına görə, Ağdam təmsilçisinin fanatları bütün tribunanı əhatə edən, "Qarabağ”ın və azarkeş təsvirinin əks olunduğu xoreoqrafiya nümayiş etdiriblər. Koreoqrafiyadan başqa, "More than a club” (Bir klubdan daha artıq), "More than a fan” (Bir azarkeşdən daha artıq) sözləri yazılmış pankart da açılıb.
“İmarət Tayfa” fan klubunun nümayiş etdirdiyi tabloda azarkeş təsvir olunub. Həmin azarkeşin əyinində qara geyimlə yanaşı əsgər forması da var. Koreoqrafiyanın ana xətti “Qarabağ uğrunda bir azarkeşdən, bir komandadan daha artıq olmaq, yeri gələrsə, azarkeşdən əsgərə çevrilə bilmək” üzərində qurulub.
Daha sonra fanatlar Azərbaycan bayrağının rənglərinə oxşar rəngdə petardalar yandırıblar.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video