"İnter"dən vacib qələbə

"İnter"dən vacib qələbə
XƏBƏR 6 May 2018 / 16:48 3022
-  A +

İtaliya A Seriyasında 36-cı turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “İnter” səfərdə “Udineze”nin qonağı olub. Görüş Milan təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Andrea Ranokkiya (13), Rafinya (44), Mauro İkardi (45) və Borxa Valero (71) vurub.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 69-a yüksəldən “İnter” 5-ci pillədəki yerini qoruyub. Luçano Spalettinin komandası ÇL-ə vəsiqə uğrunda əsas rəqibləri “Roma” və “Latsio”dan hazırda 1 xal geri qalır. Hər iki komanda milanlılardan 1 oyun az keçirib.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır