"Yuventus"dan ayrılacaq ilk futbolçu dəqiqləşdi

"Yuventus"dan ayrılacaq ilk futbolçu dəqiqləşdi
XƏBƏR 6 May 2018 / 10:24 4206
-  A +

Mövsümün sonunda “Yuventus”dan ayrılacaq ilk futbolçu müəyyənləşib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Ştefan Lixştayner A Seriyasının sonuncu – 36-cı turundan sonra komandanı tərk edəcək. Bu barədə isveçrəli müdafiəçi özü məlumat verib:
“Gələcəyimin necə olacağını bilmirəm. Onu bilirəm ki, “Yuventus”dan uzaqlarda olacağam. Komandada son 14 günümü keçirdirəm. Mənə yeni kotivasiya lazımdır”.

Qeyd edək ki,Lixştayner 2011-ci ildən “Yuventus”da çıxış edir.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır