"Qəbələ"nin futbolçusu Rasim Ramaldanov Topaz Premyer Liqasının 26-cı turunda "Keşlə" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç haqqında fikirlərini bölüşüb.
- Ağır oyun olacağını bilirdik. "Keşlə”nin yaxşı oyunçuları və kollektivi var. Qol şanslarımız da oldu. Hamısından istifadə edə bilmədik.
- Bu komanda ilə finalda da qarşılaşacaqsınız. Bu gün tam gücünüzlə oynadınız?
- Bacardığımız qədər yaxşı oynadıq. Bu, bizim oyunumuzdur. Çalışacağıq ki, bundan da yaxşı oynayaq. Amma finala çox var. Vaxtımız da var. Finala yaxşı hazırlaşacağıq.
- Qalib gəlsəydiniz gümüş medalı rəsmiləşdirəcəkdiniz. Künc zərbələrində mərkəz müdafiəçiləri irəli getmədilər. Bu baş məşqçinin tapşırığı idi?
- Bunlar hamısı məşqçinin tapşırıqlarıdır. Bizə necə deyirlərsə, biz də meydanda onu eləyirik.
- "Keşlə” son vaxtlar yüksəlişdədir. Bu finalda sizə çətinlik yaradacaq?
-"Keşlə” finala kimi gəlibsə, deməli, zəif komanda deyil. Kim güclüdürsə, o da qalib gələcək. Asan oyun olmayacaq.
- Müqaviləniz də mövsümün sonu başa çatır. Rəhbərlikdən sizə təklif olubmu?
- Hələ o barədə danışmamışıq. Çempionat bitəndən sonra söhbət edəcəyik. Bu komanda Azərbaycanın ən yaxşı klublarından biridir.
La Liqaya haker hücumu
2-ci liqada son 2 oyun
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular
Paredes müsahibə zamanı huşunu itirdi
Daha iki boksçumuz Avropa çempionatının yarımfinalında
“Real” 4 mövsüm sonra ilk dəfə ardıcıl 9 qələbə qazanıb
Azərbaycan millisinin üzvü "Sampdoriya"da 2-ci qolunu vurdu