"Barselona" 17 yaşlı hücumçu alır

"Barselona" 17 yaşlı hücumçu alır
XƏBƏR 5 May 2018 / 11:44 4464
-  A +

“Santos”un hücumçusu Rodriqo Silva de Qois “Barselona”ya keçməyə yaxındır.

Qol.az-ın sport.es-ə istinadən yaydığı xəbərə görə, 17 yaşlı forvardın atası danışıqlar aparmaq üçün Barselonaya gedib.

Klubun skautları Rodriqonu öz yaşıdları arasında ən perspektivli futbolçulardan biri hesab edirlər. Onu tez-tez Neymarla müqayisə edirlər.

“Santos”la  2022-ci ilə qədər müqaviləsi olan gənc futbolçunun təzminat qiyməti  50 milyon avrodur.

Qeyd edək ki, Rodriqo “Santos”un əsas komandasında 7 oyun keçirib və 2 qol vurub. O, Braziliyanın gənclər yığmasında isə 4 oyunda 3 dəfə fərqlənib.

Son xəbərlər
topaz banner