Topaz Premyer Liqasında XXVI tura start verilib.
Qol.az-ın xəbərinə görə, turun ikinci günü meydana çıxacaq “Qəbələ” öz meydanında “Keşlə” ilə qarşılaşacaq.
Bu, komandalar arasında ümumilikdə 44-cü duel olacaq. İlk dəfə 12 il əvvəl - 2006/07 mövsümündə görüşən rəqiblər indiyədək 43 dəfə üz-üzə gəliblər. “Qəbələ” 14 qələbə qazanıb, 14 heç-heçə edib və 15 matçdan məğlub ayrılıb. Bu görüşlərdə paytaxt klubu 56, “qırmızı-qaralar” 46 qol sevinci yaşayıb.
Əvvəlki 43 matçdan 39-u çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 11 qələbəsi olan “qırmızı-qaralar” 14 heç-heçə edib və 14 dəfə uduzub. 39 dəfə rəqib qapısına yol tapan “Qəbələ” 50 qol buraxıb.
22-ci dəfə “Keşlə”ni qonaq edəcək “Qəbələ” evdəki 21 matçda 8 dəfə qalib gəlib, 8 heç-heçə edib və 5 dəfə məğlub olub. Öz meydanında 25 top vuran “Qəbələ” 20 qol buraxıb.
Əvvəl “İnter” adlanan “Keşlə” ilə görüşlərdə 12 matçdır uduzmayan “Qəbələ”nin ən məhsuldar oyunçusu Daniel Subotiçdir. O, 5 dəfə fərqlənib. Filip Ozobiç 4, Baqali Dabo 3 qol vurub.
La Liqaya haker hücumu
2-ci liqada son 2 oyun
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular
Paredes müsahibə zamanı huşunu itirdi
Daha iki boksçumuz Avropa çempionatının yarımfinalında
“Real” 4 mövsüm sonra ilk dəfə ardıcıl 9 qələbə qazanıb
Azərbaycan millisinin üzvü "Sampdoriya"da 2-ci qolunu vurdu