Fransa millisində itki - mundialı buraxacaq

Fransa millisində itki -  mundialı buraxacaq
XƏBƏR 4 May 2018 / 12:28 3213
-  A +

"Arsenal"ın kapitanı Loran Koselni Avropa Liqasının yarımfinal mərhələsinin "Atletiko" ilə cavab oyununda zədələnib.

Qol.az-ın xəbərinə görə, matçın 12-ci dəqiqəsində zədə alan fransalı müdafiəçi meydanı xərəklə tərk edib.

"Sky Sport" əzəli yırtığı aşkarlanan futbolçunun 6 ay meydana çıxa bilməyəcəyini yazıb. Bu isə o deməkdir ki, Fransa millisinin üzvü yayda Rusiyada keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm "Arsenal"ınn heyətində 33 oyuna çıxıb və 2 qol vurub.

Son xəbərlər
topaz banner