"Beşiktaş" "Fənərbaxça" ilə oyuna çıxmadı

"Beşiktaş" "Fənərbaxça" ilə oyuna çıxmadı
XƏBƏR 4 May 2018 / 10:05 6545
-  A +

Türkiyə Kubokunun yarımfinal mərhələsində “Beşiktaş” və “Fənərbaxça” arasında keçirilən və yarımçıq qalan cavab qarşılaşması gözlənildiyi kimi yenə baş tutmayıb.

Qol.az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyası oyunun mayın 3-də qaldığı yerdən - 57-ci dəqiqədən davam etdirilməsinə qərar vermişdi.

“Beşiktaş” isə oyuna çıxmaqdan imtina etmişdi. Ötən gün “Fənərbaxça” futbolçuları meydanda çıxaraq "Beşiktaş"ı gözləsə də, qonaq komanda oyuna gəlməyib.

Bununla bağlı yekun qərarı Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi verəcək. Böyük ehtimalla “Beşiktaş”a texniki məğlubiyyət veriləcək və “Fənərbaxça” finala yüksələcək.

Xatırladaq ki, bu komandalar arasındakı ilk oyunda 2:2 hesabı qeydə alınmışdı. Cavab görüşündə isə matç dayanana qədər hesab açılmamışdı.

Son xəbərlər
topaz banner