“Mançini İtaliya millisini çalışdırmağa layiqdir”

“Mançini İtaliya millisini çalışdırmağa layiqdir”
XƏBƏR 4 May 2018 / 02:10 2429
-  A +

Covanni Trapattoni Roberto Mançininin İtaliya millisini çalışdırmasının tərəfdarıdır.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Trap qeyd edib ki, Mançini bu vəzifəyə layiqdir:

“Mançini çempion klubları çalışdırıb və Avropada kifayət qədər təcrübəyə malikdir. Millinin baş məşqçisi vəzifəsi Roberto üçün şərəfdir. Eyni zamanda, o, buna layiqdir.

İtaliyada istedadların sayı kifayət qədərdir. Hansılar ki, böyük zirvələri fəth edə bilərlər. Bacarıqlı futbolçulardan maksimum dərəcədə faydalanmaq lazımdır”.

Son xəbərlər
topaz banner