Gökdeniz karyerasını başa vurur - forması əbədiləşdirildi

Gökdeniz karyerasını başa vurur -  forması əbədiləşdirildi
XƏBƏR 3 May 2018 / 21:40 3833
-  A +

Rusiyanın "Rubin" klubunun futbolçusu Gökdeniz Karadeniz mövsümün sonunda karyerasını başa vuracaq.

Qol.az-ın xəbərinə görə, türkiyəli hücumçu bunu bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.

“Rubin”in baş direktoru Rustam Şaymanov isə bildirib ki, Gökeəniz Karadenizin  61 nömrəli forması əbədiləşdiriləcək.

Qeyd edək ki, komandanın kapitanı olan Türkiyə millisinin sabiq üzvü 2008-ci ildən Kazan klubunda çıxış edir. 38 yaşlı futbolçu “Trabzonspor”un yetirməsidir. O, 1997-2008-ci illərdə Kadadeniz klubunda çıxış edib. Gökdeniz “Rubin”lə ikiqat Rusiya çempionu, Rusiya superkubokunun qalibi olub.

Son xəbərlər
topaz banner