Topaz Premyer Liqanın 26-cı turunda Gəncədə “Sumqayıt”ı qəbul edəcək “Kəpəz” bu gün keçirdiyi son məşqlə çalışmaları başa vurub.
Qol.az-ın klubun rəsmi "feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, oyunla bağlı əsas hazırlığı doğma meydanda keçirən “sarı-göylər”in məşq prosesi təxminən 50 dəqiqə çəkib. Futbolçular məşqçilər korpusunun təlimatlarına uyğun formada çalışıblar. Məşq ikitərəfli oyunla yekunlaşıb.
Qeyd edək ki, Gəncə klubu oyuna itkilərlə çıxacaq. Zədəli olduqlarından Dedimar Ferreyra, Dieqo Souza və Şadon Vinçester sabahkı görüşdə iştirak edə bilməyəcək. Cəza müddətini başa vuran Şəhriyar Əliyev isə yenidən əsas heyətdə şans qazana bilər.
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi