"Tuxeli tanımıram. Ona görə də bu məşqçi haqda nəsə deyə bilmərəm".
Qol.az-ın məlumatına görə, bu sözləri "Bild" nəşrinə açıqlamasında PSJ-nin yarımmüdafiəçisi Anxel di Mariya deyib. Dortmund "Borussiya"sının sabiq baş məşqçisi Tomas Tuxelin yayda Paris klubunu çalışdıra biləcəyi ilə yayılan xəbərlərə münasibət bildirən argentinalı futbolçu öz gələcəyindən də danışıb:
"PSJ-də qalıb-qalmayacağımı bilmirəm. Nədənsə 100 faiz əmin ola bilməzsən. Qərar mənimlə klub arasında olacaq. Hər iki tərəf eyni fikirdə olmalıdır. Qarşıda hələ 2 oyun var. Görək, necə olacaq".
Di Mariyanın fikrincə, oyunçunun gələcəyi barədə baş məşqçi qərar verə bilməz: "Məşqçi yalnız öz fikrini bildirə bilər. O, futbolçunun gələcəyi haqda qərar verə bilməz".
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi