Azərbaycanlı hakim Portuqaliya - Norveç oyununda

Azərbaycanlı hakim Portuqaliya - Norveç oyununda
XƏBƏR 3 May 2018 / 14:17 2499
-  A +

FİFA referi köməkçisi Rza Məmmədovun 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının final mərhələsində təyinat aldığı ilk oyun məlum olub.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, B qrupunun Portuqaliya - Norveç matçında iş başında olacaq. Bu matçın baş hakimi hollandiyalı Dennis Hilerin köməkçisi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, Portuqaliya - Norveç görüşü mayın 4-ü Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner