"Qarabağ"ın sabiq futbolçusu "İnter"lə oyunu yada saldı

"Qarabağ"ın sabiq futbolçusu "İnter"lə oyunu yada saldı
XƏBƏR 3 May 2018 / 11:18 4650
-  A +

"Qarabağ"ın sabiq oyunçusu, hazırda karyerasını  “Melburn Viktori”  klubunda davam etdirən Leroy Corc açıqlama verib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə,  Avstraliya A-Liqasında finala yüksəlmələrini dəyərləndirən hollandiyalı yarımmüdafiəçi Ağdam klubundakı çıxışını da xatırladıb.O, "Qarabağ”da 2014/2015 mövsümündə İtaliyada “İnter”lə keçirdikləri matçı unuda bilmədiyini söyləyib:

 “Qarabağ”da olarkən “İnter”lə “San Siro”da qarşılaşmışdıq. Milanda çox güclü oyunçularla üz-üzə gəldik. Həmin görüşdə məğlub olsaq da, yaxşı mübarizə aparmışdıq. Mən də yaxşı çıxış etmişdim. Nəticə ürəyimizcə olmamışdı".


Son xəbərlər
topaz banner