Millimizin rəqibində yeni baş məşqçi

Millimizin rəqibində yeni baş məşqçi
XƏBƏR 3 May 2018 / 10:49 1787
-  A +

Millimizin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Malta yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın Malta Futbol Federasiyasının (MFF) rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə Rey Farruciya təyin edilib. Bu barədə qərar qurumun İcraiyyə Komitəsində yekdilliklə qəbul olunub. MFF-nin prezidenti Norman Darmanin Demajo təyinatla bağlı bildirib ki, vəziyyəti nəzərə alaraq, komandanı yerli məşqçiyə tapşırmalı olduqlarını hiss ediblər.

Xatırladaq ki, MFF aprelin 25-i baş məşqçisi Tom Saintfieti istefaya göndərmişdi.


Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner