"İtaliyanın narazılığını söyləməsinin vaxtı çatıb. Təkcə "Roma" deyil, "Real"la matçda "Yuventus" da hakim səhvlərinə görə zərər çəkdi. İtaliya futbolu narazılığını söyləməlidir. Çünki biz bu gecə çox qəribə qərarlar gördük".
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Roma"nın idman direktoru Monçi Çempionlar Liqasının yarımfinalında "Liverpul"la cavab matçından (4:2) sonra deyib.
"Enfild"də ikinci qol ofsayd idi. Burada iki təmiz penaltimizi verilmədi. Mən bir ispanam, amma İtaliya futbolunun öz mövqeyini bildirməyinin vaxtı çatıb. Çünki bu, normal deyil" - deyə o bildirib.
Monçi Çempionlar Liqasında VAR-dan (video assistant referee – video köməkçi hakim) istifadə olunmasının vacibliyini vurğulayıb: "Çempionlar Liqasında VAR olmalı idi. UEFA-nın bunu nədən istəmədiyini anlamıram. VAR ilə finalın adı "Bavariya" - "Roma" ola bilərdi".
Qeyd edək ki, "Roma" iki oyunun nəticəsinə (2:5, 4:2) əsasən turnirdə mübarizəni dayandırıb.
La Liqaya haker hücumu
2-ci liqada son 2 oyun
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular
Paredes müsahibə zamanı huşunu itirdi
Daha iki boksçumuz Avropa çempionatının yarımfinalında
“Real” 4 mövsüm sonra ilk dəfə ardıcıl 9 qələbə qazanıb
Azərbaycan millisinin üzvü "Sampdoriya"da 2-ci qolunu vurdu