Azərbaycan, ABŞ, İsrail... – Ronaldinyo daha bir akademiya açır

Azərbaycan, ABŞ, İsrail... – Ronaldinyo daha bir akademiya açır
XƏBƏR 2 May 2018 / 21:48 3696
-  A +

İsraildə dünya futbolunun canlı əfsanəsi Ronaldinyonun adını daşıyan akademiya açılacaq.

Qol.az-ın məlumatına görə, bu barədə braziliyalı veteran futbolçu özü İsrail mətbuatına açıqlamasında məlumat verib. O bildirib ki, 6-16 yaş arası uşaqlar üçün nəzərdə tutulan akademiyada həm yerli, həm də miqrant uşaqlar futbolun sirrlərinə yiyələnəcəklər. Ronaldinyonun Dubay, Səudiyyə Ərəbistanı, Misir, Koreya, Hindistan, Azərbaycan və ABŞ-dan sonra 8-ci böyük layihəsi olan Qüds akademiyasının fəaliyyəti 2 ay sonra təşkil olunacaq və 100-ə yaxın uşağın iştirak edəcəyi yay düşərgəsi ilə başlayacaq.

Qeyd edək ki, Bakıda “Qəbələ” klubunun dəstəyi ilə açılması nəzərdə tutulan Ronaldinyo akademiyası hələ fəaliyyətə başlamayıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner