Maskerano Çində ilk qolunu vurdu

Maskerano Çində ilk qolunu vurdu
XƏBƏR 2 May 2018 / 20:47 3357
-  A +

Karyerasını Çinin “Xebey Çayna Forçun” klubunda davam etdirən Xavyer Maskerano yerli çempionatda ilk qolunu vurub.

Qol.az-ın məlumatına görə, argentinalı yarımmüdafiəçi ölkə kubokunun “Şandun Lunen”lə görüşündə fərqlənib. Təcrübəli futbolçu 77-ci dəqiqədə rəqib komandanın qapısına təyin olunan penalti zamanı qapıçıdan qayıdan topu tora göndərib.

Qeyd edək ki, Maskerano qışda “Barselona”nı Çin klubuna dəyişib. Maraqlıdır ki, o, Kataloniya klubunda ilk qolunu bu komandada keçirdiyi 319-cu oyununda vurmuşdu.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner