"Neftçi"də yeni təyinat - mətbuat xidmətinin rəhbəri oldu

"Neftçi"də yeni təyinat -  mətbuat xidmətinin rəhbəri oldu
XƏBƏR 2 May 2018 / 18:26 2934
-  A +

"Neftçi"nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat olub.

Qol.az-ın klubun feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, bu vəzifəyə Rüstəm Allahverdiyev gətirilib. O,  mayın 15-dən işinin icrasına başlayacaq.

1987-ci il təvəllüdlü Allahverdiyev Rüstəm Əbülfət oğlu Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirib. Əmək fəaliyyətinə 2007-ci ildən başlayıb. Müxtəlif idman qəzetlərində müxbir, 2011-2015-ci illərdə Zaqatalanın “Simurq” klubunun mətbuat katibi işləyib. Sonuncu iş yeri isə “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin mətbuat xidməti olub.

Qeyd edək ki, buna qədər "Neftçi"də mətbuat xidmətinin rəhbəri vəzifəsində Anar Şabanoğlu çalışırdı.

Son xəbərlər
topaz banner