Gəncə şəhər stadionunda bir müddətdir davam edən təmir-bərpa işləri sürətlənib.
Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, "Kəpəz"in ev oyunlarını keçirdiyi arenada aparılan təmir üçün inşaat briqadalarının tərkibinə xeyli canlı qüvvə və ağır texnikalar cəlb edilib. Klub tərəfindən görülən işlərə Gəncə şəhər İcra Hakimiyyəti hərtərəfli dəstək verir.
Stadionun ərazisində standart ölçülərə uyğun iki meydança salınacaq. Qazonlardan biri süni, digəri təbii ot örtüyündən ibarət olacaq. Hazırda bu istiqamətdə hazırlıq işləri görülür. Meydançalar hazır olan kimi burada komandaların məşq etməsi, eyni zamanda oyunlar keçirməsi üçün əlverişli şərait yaranacaq.
Arenanın həmçinin VİP sektorunda əsaslı təmir aparılır, rəsmi qonaqlar üçün nəzərdə tutulan otaqlar, AFFA nümayəndələri, eləcə də şərhçi kabinələri yenidən qurulur. Stadionun ərazisində bordürlər yenilənir, asfalt örtüyü salınır, hasar çəkilir. Ayrıca müvafiq yerlərə tamet üzlük daşlarının döşənməsi də nəzərdə tutulub. Müasir işıqlanma sisteminin qurulması üçün əlavə elektrik dirəkləri basdırılıb. Yenidənqurma işləri eyni vaxtda bazada da aparılır. Binanın fasadı, təmirə ehtiyac duyulan eyvanlar yenilənir.
Görülən işlər "Kəpəz”in əsas və əvəzedici komandasının, eləcə də klubun tərkibində fəaliyyət göstərən müxtəlif yaş qruplarından ibarət 9 komandanın maddi-texniki bazasının yaxşılaşdırılmasına hesablanıb.
Yuxarı
La Liqaya haker hücumu
2-ci liqada son 2 oyun
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular
Paredes müsahibə zamanı huşunu itirdi
Daha iki boksçumuz Avropa çempionatının yarımfinalında
“Real” 4 mövsüm sonra ilk dəfə ardıcıl 9 qələbə qazanıb
Azərbaycan millisinin üzvü "Sampdoriya"da 2-ci qolunu vurdu