"Komandamdan və azarkeşlərdən üzr istəyirəm" - Ulrayx

"Komandamdan və azarkeşlərdən üzr istəyirəm" -  Ulrayx
XƏBƏR 2 May 2018 / 15:12 5433
-  A +

"Çempionlar Liqasında mübarizəni dayandırmağımıza görə nə qədər məyus olduğumu sözlə ifadə edə bilmirəm. Biz finala çıxıb, nə bacardığımızı göstərmək istəyirdik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Bavariya"nın qapıçısı Sven Ulrayx şəxsi İnstaqram hesabında yazıb.

29 yaşlı qolkiper kobud səhvi nəticəsində buraxdığı qola görə üzr istəyib: "Diqqətsizlik etdim, bağışlayın. Komandamdan və azarkeşlərimizdən üzr istəyirəm".

Xatırladaq ki, "Real" 2-ci qolu Ulrayxın kobud səhvindən sonra vurub.

Son xəbərlər
topaz banner