“Sumqayıt” “Kəpəz”lə oyuna itki ilə hazırlaşır

“Sumqayıt” “Kəpəz”lə oyuna itki ilə hazırlaşır
XƏBƏR 2 May 2018 / 13:51 1523
-  A +

Ötən tur “Səbail”lə qarşılaşan “Sumqayıt” istirahətin ardından “Kəpəz”lə qarşılaşmanın hazırlıqlarına start verib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  Samir Abasovun komandası “Kapital Bank Arena”da məşqə çıxıb.

Zədəsi olan Rəşad Eyyubov məşq prosesində iştirak etməyib. Hazırlıq ərzində müxtəlif toplu çalışmalar edilib. Məşq ikitərəfli oyunla yekunlaşıb.

Qeyd edək ki, “Kəpəz” – “Sumqayıt” qarşılaşması 4 may, saat 16:00-da Gəncə Şəhər Stadionunda keçiriləcək.

Son xəbərlər
topaz banner